Rafael Nadal mövsümü erkən başa vurub

Rafael Nadal mövsümü erkən başa vurub

Rafael Nadal mövsümü erkən başa vurub

İspaniyalı tennisçi Rafael Nadal 2023-cü il mövsümünü vaxtından əvvəl başa vurduğunu açıqlayıb.

22 qat Böyük Dəbilqə çempionu olan 36 yaşlı tennisçi bildirib ki, kortlara 2024-cü ildə qayıtmağı planlaşdırır.

Nadal qərarını bu gün Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək mətbuat konfransında ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, Nadal ilin əvvəlində Australian Open turnirinin ikinci mərhələsində amerikalı Makkenzi Makdonalda məğlub olduqdan sonra zədə səbəbindən rəsmi oyun keçirməyib.