Qurban Bayramına həsr olunmuş “Tie Break King 2026”

Qurban Bayramına həsr olunmuş “Tie Break King 2026”

🏆 Tie Break King 2026 – Turnirin qalibi məlum oldu

Qurban Bayramına həsr olunmuş “Tie Break King 2026” tennis turniri 27 may tarixində uğurla keçirildi 🎾🔥

Məqsəd bütün liqa oyunçularını bir araya gətirmək, dostluq və sağlam rəqabət mühitini gücləndirmək idi. Turnir olimpiya sistemi ilə keçirildi və fərqli səviyyəli oyunçular arasında balansı qorumaq üçün “handicap” sistemi tətbiq olundu. Qarşılaşmalar 10 xala qədər oynanıldı.

🏆 Turnirin nəticələri

🥇 1-ci yer — Cavid Mehdiyev
🏆 Walker's coffee house tərəfindən 300 AZN dəyərində hədiyyə kuponu

🥈 2-ci yer — Ernar Amangeldi
🏆 Walker's coffee house tərəfindən 200 AZN dəyərində hədiyyə kuponu

🥉 3-cü yer — Togrul Imanov
🏆 Walker's coffee house tərəfindən 100 AZN dəyərində hədiyyə kuponu

 

Handicap sistemi ilə keçirilən turnirin final qarşılaşmasında Azərbaycanlı Cavid Mehdiyev güclü rəqibi Qazaxıstanlı Ernar Amangeldi üzərində qələbə qazanaraq turnirin çempionu oldu.🏆🔥

Qalib həmçinin Gardashlar Mebel tərəfindən kuboklarla təltif olundu və 17–19 iyul tarixlərində Bakıda keçiriləcək turnirə iştirak haqqı qazandı.

Turnir çərçivəsində tennis kompleksinin ərazisində iştirakçılar üçün furşet təşkil olunub. Quzu kababı hazırlanaraq təqdim edilib, iştirakçılar və tamaşaçılar birlikdə Qurban Bayramını qeyd ediblər.