Pickleball.az Doubles Championship by LMG turniri keçirilib

Pickleball.az Doubles Championship by LMG turniri keçirilib

Pickleball.az Doubles Championship by LMG turniri keçirilib

Bakıda Pickleball.az tərəfindən, Tennis.az-ın dəstəyi ilə təşkil olunan Pickleball.az Doubles Championship by LMG turniri keçirilib. Yarışda 24 iştirakçı mübarizə aparıb və turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb.

Final görüşündə Fəxri Məmmədzadə / Adam Brener cütlüyü İnara Mütəllibova / Vasif Mütəllibov cütlüyünü məğlub edərək turnirin qalibi olub.

Yekun nəticələr

🥇 1-ci yer: Fəxri Məmmədzadə / Adam Brener
🥈 2-ci yer: İnara Mütəllibova / Vasif Mütəllibov
🥉 3-cü yer: Günay Hacızadə / Zaur Bayramov

Üçüncü yer uğrunda keçirilən qarşılaşmada Günay Hacızadə / Zaur Bayramov cütlüyü Yusif Yusifli / Fuad Zeynallı cütlüyünü məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Mükafatlandırma

Turnirin qalibləri müxtəlif mükafatlarla təltif olunublar:

  • 🏆 1-ci yer: LMG brendindən 2 ədəd professional pickleball raketkası və kuboklar;

  • 🎟️ 2-ci yer: OZIO tərəfindən 60 AZN dəyərində hədiyyə kuponu;

  • 🎾 3-cü yer: Pickleball.az tərəfindən 2 saat ödənişsiz kort.

Yarışın təşkilatçısı Pickleball.az olub və turnir Tennis.az-ın dəstəyi ilə keçirilib. Təşkilatçılar turnirdə iştirak edən bütün idmançılara, yarışları izləyərək dəstək göstərən tamaşaçılara və turnirin keçirilməsinə töhfə verən tərəfdaşlara təşəkkürlərini bildiriblər.

Pickleball.az Azərbaycanda pickleball idman növünün inkişafı və populyarlaşdırılması məqsədilə müxtəlif turnir və tədbirlər təşkil edir.