TENNİS LİQASI
Piano Hotel Tennis Liqasının May 2022 çempionu müəyyənləşib
Piano Hotel Tennis Liqasının May 2022 çempionu müəyyənləşib
Müəyyən səbəblərə görə təxirə salınmış Piano Hotel Tennis Liqası – May 2022 mövsümünün qalibi müəyyənləşib.
Teymur Dadaşov final mərhələsində uğurlu çıxışı ilə 1-ci Liqanın qalibi olaraq May 2022 mövsümünün çempionu adını qazanıb.
Bu, Teymur Dadaşovun Piano Hotel Tennis Liqasında ikinci çempionluğu olub. O, ilk titulunu 2022-ci ilin aprel mövsümündə qazanmışdı.
Ənənəyə uyğun olaraq çempiona 500 AZN pul mükafatı və 1-ci Liqanın Kuboku təqdim edilib.
