Piano Hotel Tennis Liqası: Liqa Kubokunun tarixi və məkanı açıqlanıb

Piano Hotel Tennis Liqası: Liqa Kubokunun tarixi və məkanı açıqlanıb

Piano Hotel Tennis Liqası: Liqa Kubokunun tarixi və məkanı açıqlanıb

Azərbaycanda həvəskar tennisçilər arasında keçirilən ən kütləvi yarışlardan biri olan Piano Hotel Tennis Liqasının növbəti Liqa Kubokunun keçiriləcəyi tarix və məkan rəsmən açıqlanıb.

Təşkilat Komitəsinin yaydığı məlumata əsasən, turnir 1 oktyabr 2022-ci il, saat 10:00-da, Sea Breeze Resortun tennis kortlarında keçiriləcək.

Liqa Kubokunda hər liqanın ən güclü tennisçiləri mübarizə aparacaq. Turnirin qalibləri kubokla yanaşı aşağıdakı pul mükafatlarına sahib olacaqlar:

  • 1-ci Liqa: 1-ci yer – 500 AZN, 2-ci yer – 250 AZN, 3-cü yer – 100 AZN

  • 2-ci Liqa: 1-ci yer – 200 AZN, 2-ci yer – 100 AZN

  • 3-cü Liqa: 1-ci yer – 150 AZN, 2-ci yer – 75 AZN

  • 4-cü Liqa: 1-ci yer – 100 AZN, 2-ci yer – 50 AZN

Liqa Kuboku hər ayın sonunda müvafiq liqalarda ən yüksək nəticə göstərən tennisçilərin iştirakı ilə təşkil olunur.