OZIO CUP 2026: Pickleball turniri keçirilib

OZIO CUP 2026: Pickleball turniri keçirilib

OZIO CUP 2026: Pickleball turniri keçirilib

Bakıda Pickleball.az tərəfindən, Tennis.az-ın dəstəyi ilə təşkil olunan OZIO CUP 2026 Pickleball Singles Tournament keçirilib. Zabitlər Bağında yerləşən Tennis.az kortlarında təşkil olunan turnirdə 29 idmançı mübarizə aparıb.

Gərgin və maraqlı qarşılaşmalarla yadda qalan turnirin finalında Rüfət Məcnunov Cavid Mehdiyevi məğlub edərək OZIO CUP 2026-nın qalibi olub.

Finalda məğlub olan Cavid Mehdiyev turnirdə ikinci yeri tutub. Üçüncü yer uğrunda qarşılaşmada isə Nizam Qulamov Yusif Yusifliyə qalib gələrək yarışın bürünc medalına sahib olub.

Yekun nəticələr

🥇 1-ci yer: Rüfət Məcnunov
🥈 2-ci yer: Cavid Mehdiyev
🥉 3-cü yer: Nizam Qulamov

Mükafatlandırma

Turnirin qalibləri OZIO tərəfindən təqdim olunan hədiyyə kuponları ilə mükafatlandırılıblar. Belə ki:

  • 🥇 1-ci yer: 100 AZN dəyərində hədiyyə kuponu;

  • 🥈 2-ci yer: 60 AZN dəyərində hədiyyə kuponu;

  • 🥉 3-cü yer: 40 AZN dəyərində hədiyyə kuponu.

Yarışın təşkilatçısı Pickleball.az olub və turnir Tennis.az-ın dəstəyi ilə keçirilib. Təşkilatçılar turnirdə iştirak edən bütün idmançılara, yarışları izləyən tamaşaçılara və turnirə dəstək göstərən tərəfdaşlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, pickleball son illərdə Azərbaycanda inkişaf edən raket idman növlərindən biridir. Pickleball.az tərəfindən ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılması istiqamətində müxtəlif turnir və tədbirlər təşkil olunur.