TENNİS LİQASI
Ölkənin ən kütləvi həvəskar tennis turniri fəaliyyətini bərpa edib
Ölkənin ən kütləvi həvəskar tennis turniri fəaliyyətini bərpa edib
Piano Hotel Tennis Liqası Azərbaycanda həvəskar tennisçilər arasında keçirilən ən kütləvi turnirlərdən biridir.
2018-ci ildə fəaliyyətə başlayan liqada indiyədək 305 tennisçi iştirak edib və 37 mövsüm təşkil olunub. Turnirin son çempionu Teymur Dadaşovdur. Liqa tarixinin ən titullu tennisçisi isə 6 çempionluq qazanan italiyalı Augusto Massaridir.
Yadigar Məmmədli isə liqa tarixində ən çox oyun keçirən (176) və ən çox qələbə qazanan (97) tennisçi rekorduna sahibdir.
Azərbaycanda həvəskar tennisin inkişafında mühüm rol oynayan Piano Hotel Tennis Liqası fəaliyyətini bərpa edib və oyunlar qaldığı yerdən davam etdirilir.
