Novak Cokoviç Rafael Nadalın rekordunu yeniləyib

Novak Cokoviç Rafael Nadalın rekordunu yeniləyib

 

Dünya tennisinin lideri Novak Cokoviç ATP Turunda yeni rekorda imza atıb.

Serbiyalı tennisçi ATP reytinqində ümumilikdə 597 həftə ilk iki pillədə yer almaqla bu göstərici üzrə rekordun yeni sahibi olub.

Əvvəlki rekord Rafael Nadala məxsus idi. İspaniyalı tennisçi ATP reytinqinin ilk iki pilləsində ümumilikdə 596 həftə qərarlaşıb.

Qeyd edək ki, 24 qat Böyük Dəbilqə çempionu olan Novak Cokoviç son olaraq "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizə aparıb və karyerasında ilk dəfə Olimpiya çempionu adına layiq görülüb.