Müstəqillik Günü — Pickleball Doubles Tournament by DENT TIME uğurla başa çatıb

Müstəqillik Günü — Pickleball Doubles Tournament by DENT TIME uğurla başa çatıb

Müstəqillik Günü — Pickleball Doubles Tournament by DENT TIME uğurla başa çatıb

18 oktyabr tarixində Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş Müstəqillik Günü — Pickleball Doubles Tournament by DENT TIME turniri maraqlı və rəqabətli qarşılaşmalarla başa çatıb.

Turnir çərçivəsində iştirakçılar arasında gərgin mübarizə baş tutub və yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.

Turnirin nəticələri

1-ci yer: Adam Brener / Fəxri Məmmədzadə

2-ci yer: Phil Lee / Fatimə Lee

3-cü yer: Samir Qafarov / Fuad Zeynallı

Qaliblərin mükafatları

  • 1-ci yer: Dent Time tərəfindən təqdim olunan 400 AZN dəyərində hədiyyə kuponu.

  • 2-ci yer: Dent Time tərəfindən təqdim olunan 50% endirim kuponu.

  • 3-cü yer: Life Time tərəfindən təqdim olunan pickleball topları və overgriplər.

Təşkilatçılar və tərəfdaşlar

Turnir Azərbaycanın ilk pickleball klubu Pickleball.az tərəfindən, Dent Time Clinic-in sponsorluğu, Tennis.az və Book and Play platformalarının dəstəyi ilə təşkil olunub.

Təşkilatçılar bütün qalibləri təbrik edir, turnirdə iştirak edən idmançılara, tərəfdaşlara və tədbirə dəstək göstərən hər kəsə təşəkkürlərini bildirirlər.

Pickleball.az qarşıdakı dövrdə Azərbaycanda pickleball idman növünün inkişafı, idman ictimaiyyətinin genişləndirilməsi və yeni yarışların təşkili istiqamətində fəaliyyətini davam etdirəcək.