AZƏRBAYCAN
Kənan Qasımov ITF J5 Baku 2022 turnirinin qalibi olub
Kənan Qasımov ITF J5 Baku 2022 turnirinin qalibi olub
Azərbaycanlı tennisçi Kənan Qasımov Bakıda keçirilən ITF J5 Baku 2022 (18 yaşadək) turnirinin çempionu olub.
Qasımov çempionluq yolunda ardıcıl olaraq İvan Mezentsev (Rusiya), Timur Devyatiarov (Ukrayna), Kuzma Qomziakov (Rusiya), Roman Xarlamov (Rusiya) və finalda Lev Lutkovu (Rusiya) məğlub edib.
Final görüşündə rəqibini 6:1, 6:3 hesabı ilə üstələyən Kənan Qasımov turniri məğlubiyyətsiz başa vuraraq çempionluq titulunu qazanıb.
