AZƏRBAYCAN
"Junior Republic Cup" tennis turniri keçirilib
Respublika Gününə həsr olunmuş "Junior Republic Cup" tennis turniri uğurla başa çatıb.
Yarışda 12 və 16 yaş kateqoriyalarında çıxış edən uşaq və yeniyetmələr təklər və cütlüklər üzrə mübarizə aparıblar. Gərgin və maraqlı qarşılaşmaların ardından qaliblər müəyyənləşib.
Qaliblər:
U12 oğlanlar
- Təklər: Raul Yüzbaşov
- Cütlüklər: Raul Yüzbaşov / Altay İbrahimov
U16 oğlanlar
- Təklər: Fərhad Həsənzadə
- Cütlüklər: Fərhad Həsənzadə / Cəmil Aslanzadə
U12 qızlar
- Təklər: Laura Kunenova
U16 qızlar
- Təklər: Nurel Əliyeva
Turnirin sonunda qaliblər və mükafatçılar diplom və mükafatlarla təltif olunublar.
