"Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib

4 avqust tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 8-ci mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Sevinc Novruzova / Sərxan Qarayev cütlüyü Erkut Becanim / Tayyar Tan cütlüyünü 6:3 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin sonunda finalçılara və digər iştirakçılara "Spektr", "Fikus Baku", "Cinnabon""Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.