"Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib

4 avqust "Gardashlar Mebel Doubles Championship 2024"ün 8-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Sevinc Novruzova / Sərxan Qarayev cütlüyü Erkut Becanim / Tayyar Tan cütlüyünü 6-3 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.