"Gardashlar Mebel Doubles Championship 2024"ün 6-cı turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 6-cı turniri keçirilib

 

14 iyul tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 6-cı mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Sevinc Novruzova / Kamran Axundov cütlüyü Nicat Cahangir / Vüsal Bağırov cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Çempion cütlük bu qələbə sayəsində hər oyunçu üçün 70 reytinq xalı qazanıb.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.