"Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib

30 iyun tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 4-cü mərhələsi keçirilib.

19 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Orxan Sadıqlı cütlüyü Sevinc Novruzova / Sərxan Qarayev cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Bu qələbə sayəsində çempion cütlüyün hər bir üzvü 80 reytinq xalı qazanıb. Bu nəticədən sonra Teymur Dadaşov ümumi xalını 190-a çatdıraraq reytinq cədvəlində ikinci pilləyə yüksəlib, Orxan Sadıqlı isə 80 xalla ilk 20-liyə daxil olub. Reytinq cədvəlinə 200 xalla Pərviz Bənənyarlı başçılıq edir.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.