AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 3-cü turniri keçirilib
"Gardashlar Mebel Doubles Championship 2024"ün 3-cü turniri keçirilib
23 iyun tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 3-cü mərhələsi keçirilib.
18 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Fuad Hüseynov cütlüyü Əli Mirzəyev / Pərviz Bənənyarlı cütlüyünü 6:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə sayəsində çempion cütlüyün hər bir üzvü 70 reytinq xalı qazanıb.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
