AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 19-cu turniri keçirilib
20 oktyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 19-cu mərhələsi keçirilib.
15 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Hafiz Deystani cütlüyü Tatyana Leonova / Anton Iarkov cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda qaliblərə və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
