"Gardashlar Mebel Doubles Championship 2024"ün 17-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 17-ci turniri keçirilib

 

6 oktyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 17-ci mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Sərxan Qarayev / Nicat Cahangir cütlüyü Teymur Dadaşov / Siyavuş Məlikzadə cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin sonunda finalçılara və digər iştirakçılara "Candle Bazar" tərəfindən şam və dekorativ qablardan ibarət hədiyyə qutuları təqdim edilib. Bundan əlavə, ikinci yerin sahibləri və digər iştirakçılar "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon""Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları ilə mükafatlandırılıblar.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.