AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 16-cı turniri keçirilib
29 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 16-cı mərhələsi keçirilib.
18 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Orxan Sadıqlı cütlüyü Pərviz Bənənyarlı / Scott Risner cütlüyünü 6:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda qaliblərə "Spektr" tərəfindən hədiyyə kuponları təqdim edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
