AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 15-ci turniri keçirilib
22 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 15-ci mərhələsi keçirilib.
19 cütlüyün iştirak etdiyi turnirin finalında Nicat Cahangir / Vüsal Bağırov cütlüyü Fira Teyyubova / Pavel Mikolyuk cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda qaliblərə "Happy Moon's Cafe Baku" tərəfindən 50 manat dəyərində hədiyyə kuponları təqdim edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
