"Gardashlar Mebel Doubles Championship 2024"ün 14-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 14-cü turniri keçirilib

 

15 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 14-cü mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Pərviz Bənənyarlı / Hafiz Mehtiyev cütlüyü Akşin Ələkbərov / Kamil İsmayılov cütlüyünü 6:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin sonunda finalçılara və digər iştirakçılara "Candle Bazar" tərəfindən şam və dekorativ qablardan ibarət hədiyyə qutuları təqdim edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.