"Gardashlar Mebel Doubles Championship 2024"ün 13-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 13-cü turniri keçirilib

/*/8 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 13-cü mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Mary Rose del Norte / Vüsal Bağırov cütlüyü Samir Hacıyev / Sərxan Qarayev cütlüyünü 7:6 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin sonunda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon""Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.