AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 12-ci turniri keçirilib
1 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 12-ci mərhələsi keçirilib.
15 cütlüyün mübarizə apardığı turnirin finalında Sərxan Qarayev / Nicat Cahangir cütlüyü Nuray Davudova / Vüsal Bağırov cütlüyünü 7-5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
