"Gardashlar Mebel Doubles Championship 2024"ün 11-ci turniri keçirilib
"Gardashlar Mebel Doubles Championship 2024"ün 11-ci turniri keçirilib
25 avqust tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 11-ci mərhələsi keçirilib.
15 cütlüyün iştirak etdiyi turnirin finalında Əziz Manafov / Nicat Cahangir cütlüyü Teymur Dadaşov / Fuad Quliyev cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
