"Gardashlar Mebel Doubles Championship 2024"ün 10-cu turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 10-cu turniri keçirilib

 

18 avqust tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 10-cu mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Hafiz Deystani / Teymur Dadaşov cütlüyü Nicat Cahangir / Vüsal Bağırov cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin sonunda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon""Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.