"Gardashlar Mebel Doubles Championship 2024"ün 1-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 1-ci turniri keçirilib

 

9 iyun tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 1-ci mərhələsi keçirilib.

21 cütlüyün iştirak etdiyi turnirin finalında Pərviz Bənənyarlı / Scott Risner cütlüyü Əziz Manafov / Fuad Hüseynov cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin ilk çempionu olub.

Bu qələbə sayəsində çempion cütlüyün hər bir üzvü 70 reytinq xalı qazanıb.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.