Gardashlar Mebel Doubles Championship 2024-ün 20-ci turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2024-ün 20-ci turniri keçirilib
27 oktyabr tarixində “Gardashlar Mebel Doubles Championship 2024” reytinqli qoşa turnirlər seriyasının 20-ci və sonuncu yarışı keçirilib.
Turnirdə 15 cütlük mübarizə aparıb. Final görüşündə Nicat Cahangir / Vüsal Bağırov cütlüyü Teymur Dadaşov / Fuad Quliyev cütlüyünü 6:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Mükafatlandırma mərasimində qaliblərə və digər iştirakçılara Spektr, Happy Moon's Cafe, Fikus Baku, Cinnabon və Mobitek tərəfindən hədiyyə kuponları təqdim edilib.
Çempion cütlük bu qələbə sayəsində hərəyə 70 reytinq xalı qazanıb.
Yekun reytinq cədvəlinin ilk 5-liyi
- Teymur Dadaşov – 850 xal
- Nicat Cahangir – 640 xal
- Vüsal Bağırov – 640 xal
- Sərxan Qarayev – 630 xal
- Pərviz Bənənyarlı – 610 xal
Yekun reytinq cədvəli elan olunduqdan sonra ilk üç pillədə qərarlaşan idmançılar müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yer kubokları ilə təltif ediliblər.
Reytinqdə ilk 5 pillədə yer alan tennisçilər isə Gürcüstanın Telavi şəhərində keçiriləcək həvəskarlar arasında “Telavi Cup” turnirində iştirak etmək hüququ qazanıblar
