"Gardashlar Mebel Doubles Championship 2023"ün 7-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 7-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 7-ci turniri keçirilib

23 iyul tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 7-ci yarışı keçirilib.

Turnirdə 14 cütlük mübarizə aparıb. Final görüşündə Rahim Allahverdiyev / Zaur Bayramov cütlüyü Əziz Manafov / Kirill Satyukov cütlüyünü 6:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

7-ci turnirdən sonra reytinq cədvəlinə 260 xalla üç tennisçi – Əziz Manafov, Vüsal Bağırov və Pərviz Həsənli liderlik edirlər.

Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.