"Gardashlar Mebel Doubles Championship 2023"ün 15-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 15-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 15-ci turniri keçirilib

24 sentyabr tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 15-ci yarışı keçirilib.

Turnirdə 18 cütlük mübarizə aparıb. Final görüşündə Nicat Aslanzadə / Zaur Bayramov cütlüyü Əziz Manafov / Tayyar Tan cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 60 reytinq xalı qazanıb.

Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.