"Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib

Əziz Manafov "Gardashlar Mebel Doubles Championship 2023" reytinqində lider oldu

10 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib.

13 cütlüyün mübarizə apardığı yarışın finalında Əziz Manafov / Fərid Yarıyev cütlüyü Sərxan Qarayev / Vüsal Bağırov cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olub.

Bu nəticə ilə çempion cütlüyün üzvləri hərəyə 70 reytinq xalı qazanıblar. Beləliklə, Əziz Manafov xalını 480-ə çatdıraraq uzun müddət reytinq cədvəlinin lideri olan Pərviz Həsənlini geridə qoyub və ilk pilləyə yüksəlib.

Reytinq sıralamasında liderlər qrupunda 440 xalla Vüsal Bağırov üçüncü pillədə qərarlaşıb. Son turnirdə 3-cü çempionluğunu qazanan Fərid Yarıyev isə Zaur Bayramovla birlikdə 430 xalla 4-5-ci yerləri bölüşür.