"Gardashlar Mebel Doubles Championship 2023"ün 12-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 12-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 12-ci turniri keçirilib

3 sentyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2023" reytinqli qoşa turnirinin 12-ci mərhələsi keçirilib.

15 cütlüyün mübarizə apardığı turnirin finalında Abbas Səfərov / Oleg Zagorodnev cütlüyü Sevda Əliyeva / Aurelien Prost cütlüyünü 6-2 hesabı ilə məğlub edərək çempion olub.

Qalib cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

12-ci turnirdən sonra reytinq cədvəlində liderliyini Pərviz Həsənli qoruyub. O, 440 xalla ilk pillədə qərarlaşıb.

Reytinq sıralaması:

  1. Pərviz Həsənli – 440 xal
  2. Əziz Manafov – 410 xal
    3-4. Vüsal Bağırov – 390 xal
    3-4. Zaur Bayramov – 390 xal
  3. Abbas Səfərov – 390 xal

Üçüncü çempionluğunu qazanan Abbas Səfərov bu nəticə ilə reytinq cədvəlində ilk 5-liyə yüksəlib.