"Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib

27 avqust tarixində "Gardashlar Mebel Doubles Championship 2023" reytinqli qoşa turnirinin 11-ci mərhələsi keçirilib.

21 cütlüyün mübarizə apardığı turnirin finalında Abbas Səfərov / Marina Abramenko cütlüyü Mary Rose del Norte / Zaur Bayramov cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olub.

Qalib cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

11-ci turnirdən sonra reytinq cədvəlində Pərviz Həsənli liderliyini qoruyub. Qrup mərhələsini keçə bilməməsinə baxmayaraq, o, 410 xalla ilk pillədə qərarlaşıb.

Reytinq sıralaması:

  1. Pərviz Həsənli – 410 xal
    2-3. Vüsal Bağırov – 370 xal
    2-3. Əziz Manafov – 370 xal
  2. Zaur Bayramov – 360 xal
  3. Fərid Yarıyev – 350 xal