AZƏRBAYCAN
Gardashlar Mebel Doubles Championship 2023-ün 6-cı turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 6-cı turniri keçirilib
16 iyul tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 6-cı yarışı keçirilib.
13 cütlüyün mübarizə apardığı turnirin final görüşündə Vüsal Bağırov / Kirill Satyukov cütlüyü Pərviz Həsənli / Aurelien Prost cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.
Xallarının sayını 230-a çatdıran Vüsal Bağırov və Pərviz Həsənli 6-cı turnirdən sonra reytinq cədvəlinə başçılıq edirlər.
Qeyd edək ki, oktyabr ayının sonunda reytinqdə ilk 5 pillədə qərarlaşan oyunçular Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.
