AZƏRBAYCAN
Gardashlar Mebel Doubles Championship 2023-ün 5-ci turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 5-ci turniri keçirilib
9 iyul tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 5-ci yarışı keçirilib.
18 cütlüyün mübarizə apardığı turnirin final görüşündə Əziz Manafov / Aurelien Prost cütlüyü Pərviz Həsənli / Eldar Salayev cütlüyünü 6:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.
Xallarının sayını 210-a çatdıran Əziz Manafov 5-ci turnirdən sonra reytinq cədvəlinə başçılıq edir.
Qeyd edək ki, oktyabr ayının sonunda reytinqdə ilk 5 pillədə qərarlaşan oyunçular Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.
