AZƏRBAYCAN
Gardashlar Mebel Doubles Championship 2023-ün 3-cü turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 3-cü turniri keçirilib
26 iyun tarixində Leyla Tennis Kompleksində 20 həftə davam edəcək reytinqli Gardashlar Mebel Doubles Championship 2023 turnirlər seriyasının üçüncü yarışı keçirilib.
Turnirdə ümumilikdə 21 cütlük iştirak edib. Yarış maraqlı qarşılaşmalar və gərgin mübarizə ilə yadda qalıb.
Gərgin və bərabər səviyyədə keçən final görüşündə Fərid Dadaşov / Akşin Ələkbərov cütlüyü Vasif Mütəllibov / Nizami Cəfərov cütlüyünü məğlub edərək turnirin qalibi olub – 6:3.
