Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 2-ci turniri keçirilib

18 iyun tarixində Leyla Tennis Kompleksində 20 həftə davam edəcək reytinqli Gardashlar Mebel Doubles Championship 2023 turnirlər seriyasının ikinci yarışı keçirilib.

Turnirdə ümumilikdə 24 cütlük iştirak edib. Yarış maraqlı və gərgin qarşılaşmalarla yadda qalıb.

Gərgin mübarizə şəraitində keçən final görüşündə Konstantin Firsov / İnara Hüseynova cütlüyü Umut Gündoğan / Sevda Əliyeva cütlüyünü çətinliklə məğlub edərək turnirin qalibi olub – 7:6.