AZƏRBAYCAN
Gardashlar Mebel Doubles Championship 2023-ün 14-cü turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 14-cü turniri keçirilib
17 sentyabr tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 14-cü yarışı keçirilib.
Turnirdə 12 cütlük mübarizə aparıb. Final görüşündə Fira Teyyubova / Yusif Rzayev cütlüyü Abbas Səfərov / Thomas Collins cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.
Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.
