Dominik Tim uğurlu dönüş yolundadır

Dominik Tim uğurlu dönüş yolundadır

Dominik Tim uğurlu dönüş yolundadır

Avstriyalı tennisçi Dominik Tim zədədən sonra ATP Turunda əvvəlki formasını bərpa etməyə doğru mühüm addımlar atır.

28 yaşlı tennisçi İsveçin Bastad şəhərində keçirilən ATP turnirində ilk olaraq Emil Ruusuvuorini, daha sonra isə dünya reytinqində ilk 20-liyə daxil olan Roberto Bautista Aqutu üç setdə məğlub edərək bir ildən artıq müddətdə ATP səviyyəsində ilk qələbələrini qazanıb.

Turnir öncəsi mövsümdə keçirdiyi altı görüşün hamısında məğlub olan Tim bu nəticələrlə özünəinamını bərpa etdiyini bildirib.

“Ruusuvuorini və Bautista Aqutu məğlub etdim. Hər ikisi çox güclü rəqiblərdir. Əgər onları məğlub edə bilirəmsə, deməli, geri qayıtmışam. Bu, bir prosesdir və düzgün yolda olduğumu hiss edirəm”, – deyə Tim bildirib.

Onun Bastaddakı çıxışı yarımfinala gedən yolda argentinalı Sebastyan Baesə üç setdə məğlub olması ilə başa çatıb.

2020-ci ildə ABŞ Açıq Çempionatının qalibi olan Dominik Tim daha sonra motivasiya problemləri və bilək zədəsi səbəbindən uzun müddət kortlardan kənarda qalmışdı. Hazırda o, qorunan reytinq (protected ranking) vasitəsilə turnirlərdə iştirak edir və ATP reytinqində 339-cu pillədə qərarlaşıb.