Cokoviç qərarını açıqladı

Cokoviç qərarını açıqladı

Cokoviç qərarını açıqladı

Dünya tennisinin lideri Novak Cokoviç karyerasını bitirmək fikrində olmadığını açıqlayıb.

Serbiyalı tennisçi "US Open" turnirinin finalına yüksəldikdən sonra keçirilən mətbuat konfransında gələcək planları barədə danışıb.

Fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirən Cokoviç yaşın önəmli olmadığını vurğulayıb və karyerasını davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, 36 yaşlı tennisçi peşəkar karyerası ərzində 95 titul qazanıb.