Cokoviç Federerin rekordunu qırdı

Cokoviç Federerin rekordunu qırdı

Cokoviç Federerin rekordunu qırdı

Novak Cokoviçin ABŞ turnirlərində uğurlu çıxışı davam edir.

Serbiyalı tennisçi Sinsinati turnirindəki çempionluqdan sonra "US Open"də də inamla irəliləyir.

Dünya tennisinin lideri 1/4 final mərhələsində amerikalı Teylor Fritzi məğlub edərək yarımfinala yüksəlib. Bu qələbə ilə Cokoviç "Böyük dəbilqə" turnirlərində ən çox yarımfinala yüksələn tennisçi rekordunu müəyyənləşdirib.

Serbiyalı raketka ustası bu göstəricini 47-yə çatdıraraq əvvəllər 46 yarımfinal ilə rekorda sahib olan isveçrəli Roje Federeri geridə qoyub.