Cokoviç 24-cü Böyük Dəbilqə titulunu qazandı

Cokoviç 24-cü Böyük Dəbilqə titulunu qazandı

Cokoviç 24-cü Böyük Dəbilqə titulunu qazandı

Serbiyalı tennisçi Novak Cokoviç "US Open 2023" turnirinin qalibi olub.

Final görüşündə rusiyalı Daniil Medvedevlə qarşılaşan Cokoviç rəqibini 6-3, 7-6, 6-3 hesabı ilə məğlub edərək karyerasında 24-cü "Grand Slam" titulunu qazanıb.

Bu nəticə ilə serbiyalı raketka ustası Böyük Dəbilqə turnirlərində qazandığı titul sayını artıraraq tennis tarixindəki ən böyük uğurlarından birinə imza atıb. Cokoviç eyni zamanda ATP reytinqinin 1-ci pilləsinə geri qayıdıb.