Coco Gauff US Open 2023 turnirinin qalibi olub

Coco Gauff US Open 2023 turnirinin qalibi olub

Coco Gauff US Open 2023 turnirinin qalibi olub

ABŞ-li tennisçi Coco Gauff "US Open 2023" turnirinin çempionu olub.

O, final görüşündə belaruslu Aryna Sabalenkanı 2-6, 6-3, 6-2 hesabı ilə məğlub edərək karyerasında ilk "Böyük dəbilqə" titulunu qazanıb.

Qeyd edək ki, 19 yaşlı Coco Gauff "US Open" tarixində qadınlar arasında ən gənc çempionlardan biri olub.