Caspian Cup 2026: Women Doubles kateqoriyasının qalibi Lamiya Hüseyn / Mary Rose del Norte cütlüyü oldu
Caspian Cup 2026: Women Doubles kateqoriyasının qalibi Lamiya Hüseyn / Mary Rose del Norte cütlüyü oldu
17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirində müxtəlif kateqoriyalar üzrə yarışlar davam edir.
18 iyul tarixində “Women Doubles” kateqoriyasında final qarşılaşması keçirilib. Finalda Lamiya Hüseyn / Mary Rose del Norte cütlüyü ilə Aydan Nurpeyisova / Aigerim Axat cütlüyü üz-üzə gəlib. Görüşdə üstünlük qazanan Lamiya Hüseyn / Mary Rose del Norte cütlüyü 6:3 hesabı ilə qalib olaraq kateqoriyanın çempionu olub.
Yarımfinal mərhələsində Lamiya Hüseyn / Mary Rose del Norte cütlüyü Fira Teyyubova / Inara Hüseynova cütlüyünü, Aydan Nurpeyisova / Aigerim Axat cütlüyü isə Alina Grabovets / Tatyana Kerimova cütlüyünü məğlub edərək finala yüksəlib.
Turnir çərçivəsində digər kateqoriyalar üzrə nəticələr növbəti xəbərlərdə təqdim olunacaq.
