Caspian Cup 2026: Mixed Doubles NTRP 8.00+ kateqoriyasının qalibi Marina Abramenko / Erlik Rzakhanov cütlüyü oldu

17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirində müxtəlif kateqoriyalar üzrə yarışlar davam edir.

19 iyul tarixində “Mixed Doubles NTRP 8.00+” kateqoriyasında final qarşılaşması keçirilib. Finalda Marina Abramenko / Erlik Rzakhanov cütlüyü ilə Inara Mütəllibova / Umut Gündoğan cütlüyü üz-üzə gəlib. Görüşdə üstünlük qazanan Marina Abramenko / Erlik Rzakhanov cütlüyü 6:4 hesabı ilə qalib olaraq kateqoriyanın çempionu olub.

Yarımfinal mərhələsində Inara Mütəllibova / Umut Gündoğan cütlüyü Yevgeniya Fokaidi / Vasif Mütəllibov cütlüyünü, Marina Abramenko / Erlik Rzakhanov cütlüyü isə Alina Grabovets / Nauriz Idrissov cütlüyünü məğlub edərək finala yüksəlib.

Turnir çərçivəsində digər kateqoriyalar üzrə nəticələr növbəti xəbərlərdə təqdim olunacaq.