Caspian Cup 2026: Mixed Doubles NTRP 7.00 kateqoriyasının qalibi Irmik Abayev / Yevgeniya Fokaidi cütlüyü oldu

17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirində müxtəlif kateqoriyalar üzrə yarışlar davam edir.

19 iyul tarixində “Mixed Doubles NTRP 7.00” kateqoriyasında final qarşılaşması keçirilib. Finalda Irmik Abayev / Yevgeniya Fokaidi cütlüyü ilə Nilufar Shahbazi / Mohammed Helmi cütlüyü üz-üzə gəlib. Görüşdə üstünlük qazanan Irmik Abayev / Yevgeniya Fokaidi cütlüyü 6:3 hesabı ilə qalib olaraq kateqoriyanın çempionu olub.

Yarımfinal mərhələsində Irmik Abayev / Yevgeniya Fokaidi cütlüyü Mary Rose del Norte / Fehmi Kurşun cütlüyünü, Nilufar Shahbazi / Mohammed Helmi cütlüyü isə Nargiz Hasanova / Nauriz Idrissov cütlüyünü məğlub edərək finala yüksəlib.

Turnir çərçivəsində digər kateqoriyalar üzrə nəticələr növbəti xəbərlərdə təqdim olunacaq.