AZƏRBAYCAN
Caspian Cup 2026: Men Singles Masters kateqoriyasının qalibi İdris Namazov oldu
Caspian Cup 2026: Men Singles Masters kateqoriyasının qalibi İdris Namazov oldu
17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirində müxtəlif kateqoriyalar üzrə yarışlar davam edir.
19 iyul tarixində “Men Singles Masters” kateqoriyasında final qarşılaşması keçirilib. Finalda İdris Namazov və Yusif Rzayev üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə İdris Namazov 7:6 hesabı ilə qalib gələrək kateqoriyanın çempionu olub.
Yarımfinal mərhələsində İdris Namazov — Sina Ahmadvandı, Yusif Rzayev isə Rüfət Məcnunovu məğlub edərək finala yüksəlib.
Turnir çərçivəsində digər kateqoriyalar üzrə nəticələr növbəti xəbərlərdə təqdim olunacaq.
