Caspian Cup 2026: Men Singles Challengers kateqoriyasının qalibi Kamran Axundov oldu

Caspian Cup 2026: Men Singles Challengers kateqoriyasının qalibi Kamran Axundov oldu

Caspian Cup 2026: Men Singles Challengers kateqoriyasının qalibi Kamran Axundov oldu

17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirinin müxtəlif kateqoriyalar üzrə yarışları davam edir.

17 iyul tarixində "Men Singles Challengers" kateqoriyasında final oyunu baş tutub. Final mərhələsində Kamran Axundov ilə Irmik Abayev qarşılaşıb və üstünlüyü 6:2 hesabı ilə Kamran Axundov əldə edərək kateqoriyanın çempionu adını qazanıb.

Yarımfinal mərhələsində Irmik Abayev — Kerim Haciyevi, Kamran Axundov isə Toghrul Imanovu məğlub edərək finala yüksəliblər.

Turnir çərçivəsində digər kateqoriyalar üzrə yarışların nəticələri də növbəti xəbərlərdə açıqlanacaq.