Caspian Cup 2026: Men Doubles kateqoriyasının qalibi Nizam Qulamov / Rüfət Məcnunov cütlüyü oldu
Caspian Cup 2026: Men Doubles kateqoriyasının qalibi Nizam Qulamov / Rüfət Məcnunov cütlüyü oldu
17–19 iyul tarixlərində Azərbaycan Tennis və Padel Federasiyasının təsdiqi ilə keçirilən Caspian Cup 2026 turnirində müxtəlif kateqoriyalar üzrə yarışlar davam edir.
18 iyul tarixində “Men Doubles” kateqoriyasında final qarşılaşması keçirilib. Finalda Nizam Qulamov / Rüfət Məcnunov cütlüyü ilə Zaur Məmmədzadə / Zaur Bayramov cütlüyü üz-üzə gəlib. Görüşdə üstünlük qazanan Nizam Qulamov / Rüfət Məcnunov cütlüyü 6:4 hesabı ilə qalib olaraq kateqoriyanın çempionu olub.
Yarımfinal mərhələsində Nizam Qulamov / Rüfət Məcnunov cütlüyü Nauriz İdrissov / Hüseyn Hüseynov cütlüyünü, Zaur Məmmədzadə / Zaur Bayramov cütlüyü isə Umut Gündoğan / Erlik Rzakhanov cütlüyünü məğlub edərək finala yüksəlib.
Turnir çərçivəsində digər kateqoriyalar üzrə nəticələr növbəti xəbərlərdə təqdim olunacaq.
