DÜNYA
Carlos Alcaraz Wimbledon öncəsi iddialı açıqlamalar verib
Carlos Alcaraz Wimbledon öncəsi iddialı açıqlamalar verib
ATP reytinqinin 2 nömrəsi Carlos Alcaraz “Queen’s Club” turnirində Jiri Leheçkanı məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.
İspaniyalı tennisçi qarşıdan gələn Wimbledon turnirinə tam hazır olduğunu bildirib.
“Bu oyundan sonra gözləntilərim dəyişdi. Düşünürəm ki, ot örtüklü kortlarda yaxşı nəticələr göstərməyə hazıram.
Burada hər saniyədən zövq alıram və növbəti mərhələyə böyük inamla keçəcəyəm”, – deyə Alcaraz bildirib.
Turnirin 1/4 final mərhələsində ispaniyalı tennisçi bu gün Grigor Dimitrov ilə qarşılaşacaq.
