Barbora Krejçikova "Wimbledon 2024"ün çempionu olub

Barbora Krejçikova "Wimbledon 2024"ün çempionu olub

 

Çexiyalı tennisçi Barbora Krejçikova "Wimbledon 2024" turnirinin qadınların şəxsi yarışında çempion olub.

Final görüşündə o, italiyalı Yasmin Paolinini 6:2, 2:6, 6:4 hesabı ilə məğlub edərək karyerasının 2-ci Böyük Dəbilqə titulunu qazanıb.

Qeyd edək ki, Krejçikova ilk Böyük Dəbilqə çempionluğunu "Rolan Qarros 2021" turnirində əldə etmişdi.